Skip to content Skip to footer

FİNCAN ÜZƏRİNDƏ ÇAP

Fincan çapı – promo məhsullar içərisində ən geniş yayılmışıdır. Fincan çapı əsasən hədiyyəlik hesab edilsə də bəzən şirkətlər imic və işçilərin fikrini işə hər zaman cəlb etmək üçün üzərində şirkətə məxsuz loqo və yazıların olduğu fincanlar (çaşkalar) sifariş edirlər.

Fincan çapı sublimasiya, transfer yolu ilə çap edilir. Fincanlad əsasən standart formada olur. Üzərinə istənilən rəngdə çaplar vurmaq mümkündü. Fincan üzərinə vurulan çaplar yuyulmağa davamlıdı. Zamanla solmur.

Fincanların bir neçə növü var. Sehirli çaşka deyilən fincan növü ən çox maraq doğuran çap məhsulu hesab edilir. Bu fincanların “sehirli ” tərəfi ondan ibarətdir ki, normalda qara rəndə görsənir və üzərində hər hansı bir çapın olması hiss edilmir. İçinə isti su tökdüyünüz zaman isə fincanın üzərinə vurduğunuz çap yavaş-yavaş hiss olunmağa başlayır. Bu isə xüsusi təəccübə səbəb olur.

Həmçinin qara rəng fincanların daha bir növü də mövcuddur bu fincanlar üzərinə xüsusi qızılı çap vurulur. Belə ki, qızılı çaplı fincanla başqalarından daha çox fərqlənə bilərsiz.